Türkiyə

Ərdoğan gecə onlarla görüşdü - VİDEO

24 Aprel 2025 10:52
Baxış: 960
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda baş verən güclü zəlzələdən sonra gecəni küçələrdə keçirən insanlara baş çəkib.

Milli.az xəbər verir ki, Ərdoğan nazirlər və rəsmilər tərəfindən görülən işlər barədə məlumat alıb.

Qeyd edək ki, ötən gün İstanbulda ardıcıl 6 güclü zəlzələ qeydə alınıb. Zəlzələlər müvafiq olaraq 4.9, 4.5, 4.8, 4.4, 6.2 və 3.9 bal gücündə olub.

Yeraltı təkanlardan sonra İstanbulda insanlar evlərini tərk ediblər. Təşviş içində olan və evlərinə getmək istəməyən sakinlər gecəni məktəb həyətlərində, parklarda, idman zallarında və məscidlərdə keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.