Ayaqqabısız idman təhlükəlidir? - Podoloqlardan XƏBƏRDARLIQ
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Son illərdə fitnes dünyasında ayaqqabısız məşqlər - istər yoqa, istər funksional idman növləri populyarlıq qazanıb. Bu yanaşmanın tərəfdarları ayaq əzələlərinin daha yaxşı aktivləşdiyini, bədənin özünü daha dərindən hiss etməyə kömək etdiyini və balansın yaxşılaşdığını iddia edirlər. Lakin ayaqqabısız idman həqiqətən sağlamdırmı?
Milli.Az xəbər verir ki, mütəxəssislər bu suala cavab verir.
Ayaqqabısız gəzmək sağlamdırmı?
Podoloq Con Roy Senatore bildirir ki, ayaqqabısız məşq zamanı insan ayaqları kəsiklərə, qabar və su toplamasına məruz qala bilər. Bu səbəbdən də corab, içlik və ya idman ayaqqabıları ilə qorunmaq vacibdir.
"Mən yalnız qumlu sahildə qaçarkən və ya yoqa zamanı ayaqqabısız olmağı məqbul hesab edirəm. Bununla kifayətlənmək lazımdır," - deyə o vurğulayır.
Ayaqqabısız gəzmək insanda torpaqla təmasdan doğan xoş hisslər oyatsa da, bu yalnız nadir hallarda faydalı ola bilər.
Yüksək keyfiyyətli ayaqqabılar komfort, amortizasiya və zədələrdən, infeksiyalardan, ekstremal temperaturlardan qoruma təmin edir. Uşaqlıqdan bəri ayaqqabısız gəzməyə alışmamış insanlar üçün ayaqsız gəzmək təhlükəlidir, çünki ayaqlar dəstək və qorunmaya uyğunlaşıb.
Nyu-Yorkdan podoloq Bred Şeffer qeyd edir:
"Biz elə bir cəmiyyətdə yaşayırıq ki, corab və ayaqqabı geyinmək adi haldır. Ona görə də ayaqqabısız gəzməyə alışmamışıq".
Ayaqqabısız idman etmək olarmı?
Bu, fəaliyyətin növündən və şəxsin ayaq sağlamlığı vəziyyətindən asılıdır.
Xüsusilə şəkərli diabet xəstələrinə ayaqqabısız gəzmək qətiyyən tövsiyə edilmir - hətta evdə belə. Diabetik neyropatiya adlı ağırlaşma ayaqlarda hissiyyat itkisinə səbəb ola bilər və bu da təhlükəli nəticələrə yol aça bilər.
Ayaqqabısız təmiz bir otlu sahədə və ya çimərlikdə gəzmək qəbulediləndir. Lakin orada belə kəsik və digər təhlükələr mövcud ola bilər. Şəhər ərazisində isə ayaqqabısız gəzmək son dərəcə təhlükəlidir - şüşə qırıqları, zibillər, iynələr və digər zərərli əşyalarla qarşılaşmaq mümkündür. Yay aylarında asfaltın həddindən artıq qızması isə ayaqları yandıra bilər.
Həkimlər ayaqqabısız qaçmağı da məsləhət görmürlər. Çünki yüksək intensivlikli məşqlər zamanı ayaqlara güclü dəstək və amortizasiya tələb olunur. Ayaqqabısız qaçış sümüklərdə qırığa səbəb ola bilər.
Qaçış zamanı ayaqlara düşən yük, bədənin çəkisindən dəfələrlə çox olur - bu, həm sürətdən, həm də səthin xüsusiyyətindən asılıdır.
Kənan
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır
-
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
-
Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)
-
Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur
-
Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa...
-
Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?
XƏBƏR LENTİ
-
“AVAZ-7” Televiziya Muğam Müsabiqəsinin növbəti buraxılışı şəhid gizir Səbuhi Əhmədovun əziz xatirəsinə həsr olunub - (Foto)
-
Avtomatla atəş açan hərbçinin məhkəməsi başa çatdı
-
Prezident İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
-
Azərbaycanda bu körpü tam bağlanır
-
Asiyada ikinci NATO yaratmaq istəyirlər
-
Məkkə istiqamətində PUA təhlükəsi - Səudiyyə Ərəbistanından açıqlama
-
Tanınmış oftalmoloq-cərrah yeni şöbəyə rəhbərlik edəcək
-
DTX-dən əməliyyat: Xaricdən idarə olunan qruplaşmanın təşkilatçısı həbs edildi - (Foto)
-
“Arka Sokaklar” yayımlanacaq? - "Mesut komiser" açıqladı - (Video)
-
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
-
TikTok-da tanış olduğu qadını gecələməyə razı sala bilməyib döydü
-
Qarabağ müharibəsində qələbəni dron deyil, milli güc vəstrateji liderlik qazandı: ABŞ-ın tanınmış generalları kitab yazdı
-
“Muhteşem yüzyıl"ın Mustafası italyan xanımı ilə - (Video)
-
Aeroportlarda VİP otaqlara giriş qaydası dəyişdi
-
AzTV-nin bu aparıcıları evli imiş... - (Foto-Video)
-
Prezidentin sədr təyin etdiyi şəxs kimdir? - DOSYE
-
Qələbənin arxitekturası: “The War for Karabakh” və ya Qərb hərb elmi Azərbaycan təcrübəsini necə oxuyur?
-
Masallıda 15 yaşlı qızın qaçırıldığı iddia olunur
-
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib
-
Bəzi xəstəxanaların adı dəyişdirildi
-
Dövlət Ehtiyatları Agentliyinin Əsasnaməsi və strukturu təsdiqlənib
-
Arda Güler Mbappe və Yamalı geridə qoydu – İlk sıradadır
-
“Qarabağ” 11 ildən sonra ardıcıl üç heç-heçə etdi
-
Bakıda qadın TikTok-da canlı yayım zamanı öldü





