Türkiyənin İstanbul şəhərində baş verən ardıcıl zəlzələlərdən sonra şəhər sakinləri arasında panika yaranıb.
Milli.Az "Sabah" nəşrinə istinadla bildirir ki, zəlzələdən sonra bir çox vətəndaş şəhəri tərk edib.
Sosial şəbəkələrdə yayılan görüntülərdə insanların əsasən Tekirdağ istiqamətinə doğru hərəkət etdiyi görünür.
Qeyd edək ki, ötən gün baş verən zəlzələlər arasında ən güclüsünün maqnitudası 6,2 olub və bu təkanlar təxminən 10 saniyə davam edib. Hadisə zamanı 151 nəfər panika səbəbindən özünü binalardan atıb, ümumilikdə isə 240-a yaxın şəxs müxtəlif dərəcəli xəsarətlər alıb.
Fidan
Milli.Az