Ölkə

Qubada it 3 nəfərə hücum etdi

24 Aprel 2025 16:25
Baxış: 304
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün saat 12:20-də Quba rayonu ərazisində baş verən it dişləməsi səbəbilə xəsarət alan 3 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Milli.Az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, 7 yaşlı oğlana üzün və kəllənin çoxsaylı dişlənmiş, cırılmış yaraları, 55 yaşlı qadına  qarının, sol budun ön səthinin dişlənmiş, sıyrılmış yaraları, 58 yaşlı qadıan isə sol saidin arxa səthinin sıyrılmış, dişlənmiş yarası diaqnozu təyin olunub.

Zərərçəkmişlərə ilkin zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.

7 yaşlı məktəblinin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. Qadınlar isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.