Cəmiyyət

"Cənnət bağı" hotelindəki kanatda təhlükə yarandı - Fəaliyyəti dayandırıldı VİDEO

24 Aprel 2025 11:37
Baxış: 1 019
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xızı rayonunda Altıağac qoruğu ərazisində yerləşən "Cənnət bağı" hoteldə kanat təhlükəsi var.

Milli.Az xəbər verir ki, bəzi kanatların qapılarının cəftəsi yoxdur. Kanatdan istifadə zamanı qapılar açılır. Bu da insan həyatı üçün təhlükəlidir və kanatdan istifadə edən qonaqların yıxılmasına səbəb ola bilər. 

Məsələ ilə bağlı FHN-dən Milli.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, istirahət mərkəzlərində fəaliyyət göstərən sərnişin kanat yolları və funikulyorların təhlükəsiz istismar qaydalarının tələblərinə uyğun olaraq, "Qaydalar"ın 59.3-cü bəndinə əsasən, bu obyektlərdə hər 12 aydan bir plan üzrə texniki yoxlama aparılır.

Həmin obyektdə hazırda təmir işləri gedir.Yoxlama ötən il aparılıb və bu il də plan üzrə yoxlama aparılacaq.

Məsələ ilə bağlı  "Cənnət Bağı" hoteli ilə əlaqə saxladıq. Suallarımıza cavab olaraq hoteldən bildirildi ki, gediş və gəliş üçün nəzərdə tutulmuş 2 kanat xətti var. Problem onların birində aşkarlanıb və sözügedən hadisədən sonra kanatın fəaliyyəti dayandırılıb, təmir aparılır.

Aysel Əkbər
Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.