Ölkə

75 yaşlı nənəni öldürüb quyuya atdığı deyilən Ayparanın FOTOsu

24 Aprel 2025 12:25
Baxış: 1 180
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Naxçıvanda 75 yaşlı nənəni öldürüb meyitini quyuya atmaqda şübhəli bilinən Aypara Əsgərovanın fotosu yayılıb. 

Milli.Az xəbər verir ki, Şərur rayonunda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs ötən gün tutulub.

Araşdırmalarla Şərur rayon Oğlanqala kənd sakini 1986-cı il təvəllüdlü Aypara Əsgərovanın yaşadığı evdə tamah məqsədilə həmkəndlisi, 1950-ci il təvəllüdlü Zeynəb İsmayılovanı qəsdən öldürdükdən sonra evin həyətində yerləşən su quyusuna atmasına əsaslı şübhələr müəyyən edilib.

Prokurorluq və polis əməkdaşları dərhal hadisə yerinə gələrək təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçiriblər. Tədbirlər nəticəsində Aypara Əsgərova polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub

Faktla bağlı Şərur rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.