Vəhşi qəbiləyə “Coca-Cola” aparan amerikalı həbs olundu - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hindistan hakimiyyəti qadağan olunmuş adada təcrid olunmuş qəbilə ilə əlaqə saxlamağa cəhd edən amerikalını həbs edib.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "Mirror" yazıb.
Polisin məlumatına görə, ABŞ vətəndaşı 24 yaşlı Mixail Polyakov martın 26-da Andaman və Nikobar adalarının paytaxtı Port Bleyrə səfər edib. Üç gün sonra o, qayıqla dünyanın ən təcrid olunmuş qəbiləsinin yaşadığı ucqar Şimali Sentinel adasına gedib.
Polyakov fit və jestlərlə sentinellərin diqqətini cəlb etməyə çalışsa da, heç bir cavab almayıb. Sonra sahilə çıxaraq video çəkib və hədiyyələrini - bir qutu "Coca-Cola" və kokos qoyub.
Polyakov materikə qayıtdıqdan sonra yerli balıqçılar tərəfindən fərqinə varılıb və səlahiyyətlilərə məlumat verilib. Turist qapalı qəbilə rezervasiyasına müdaxilə etdiyinə və yerli qanunları pozduğuna görə dərhal saxlanılıb. Polis onun qayığını, motorunu və adaya eniş videosu olan "GoPro kamerasını ələ keçirib. Bildirilir ki, görünür, Polyakov adaya çatmağa cəhd etməzdən əvvəl dəniz şəraitini və potensial eniş yerlərini öyrənib.
Hadisə yerli hüquq müdafiəçilərinin kəskin tənqidinə səbəb olub. Beləliklə, "Survival International"ın direktoru Karolin Pirs Polyakovun hərəkətlərini həm özü, həm də sentinellər üçün məsuliyyətsiz və təhlükəli adlandırıb. Bu qəbilə, qeyd edildiyi kimi, qəriblərə aqressiv reaksiyası ilə tanınır və onların ərazisinə səfər etmək Hindistan qanunları ilə qəti şəkildə qadağandır.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Tbilisidə piyada körpüsündə güclü yanğın söndürüldü - (Yenilənib)
-
Angela Merkel yenidən hakimiyyətə qayıdır?
-
ABŞ Rusiya qazının Avropaya ixracını bərpa edəcək
-
Belçikanın Baş naziri istefa verdi - Səbəb
-
Bir ildə 30 nəfər ayıların qurbanı oldu - Ən təhlükəli bölgələr açıqlandı
-
“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu
XƏBƏR LENTİ
-
“Şəki Yaylası”ndakı faciənin səbəbləri açıqlandı - Həbs olunanlar var
-
"Bu, ölülərin, şeytanın bayramıdır" - Nadir Qafarzadə
-
Siyasi varislik, yoxsa milli xəyanət?
-
DİM-in şəxsi kabinetindən istifadə edənlərə vacib xəbərdarlıq
-
Həvva Yambulatova qəfil vəfat etdi
-
ADY fotomüsabiqə elan edib
-
“Mədəniyyət rüzgarı” layihəsi Qubada ustad dərsləri ilə yekunlaşıb - (Foto)
-
Bu yolda hərəkət məhdudlaşdırılacaq
-
Külli miqdarda narkotikin ölkəyə keçirilməsinin qarşısı alındı
-
Azərbaycanda 14 yaşlı qız hamilə qaldı - Əsgər saxlanıldı
-
Tbilisidə piyada körpüsündə güclü yanğın söndürüldü - (Yenilənib)
-
Angela Merkel yenidən hakimiyyətə qayıdır?
-
Nazirin yeni müşaviri kimdir? - Dosye
-
Əmək və əhalinin sosial müdafiəsi nazirinə yeni müşavir təyin olunub
-
Rəşad İlyasov Faiq Ağayevi tənqid etdi
-
İki baxış, bir üfüq: Bakıda Latviyadan olan rəssamların sərgisi açılıb - (Foto)
-
Çağırışçılar hərbi xidmətdən yayınmaq üçün özlərinə xəsarət yetirirlər - 5 cinayət işi açıldı
-
Batrakovun transfer qiyməti açıqlandı
-
Azərbaycanda axtarılan şəxs Monteneqroda tutuldu - Ekstradisiya olunacaq
-
Azərbaycan mətbuatından oğurlanan pullar
-
HONOR X9e Pro: Sərhədlərə Meydan Oxu - (Foto)
-
80 aptek yoxlanıldı, 24-də qanun pozuntusu aşkarlandı
-
Röyanın evindəki bu otaq diqqət çəkdi - (Video)
-
“Qırmızı körpü”də yük maşınlarından 40 ton dizel və gizli yüklər tapıldı





