20:18
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb
Tailandın paytaxtı Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə paytaxt administrasiyası yanında zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə qərargah məlumat yayıb.
Bundan əlavə, 76 nəfər itkin düşüb. İtkin düşənlərin hamısı Banqkokun şimalındakı Çatuçak rayonunda Baş Auditor İdarəsinin çökən binasının ərazisində axtarılır. Ümumilikdə bu obyektdə 11 nəfər həlak olub.
Tailand hakimiyyəti təbii fəlakət nəticəsində evləri zərər görənlərə yardım üçün 200 milyon bat (5,8 milyon dollar) fondu təsdiqləyib.
-----------
Tailandın paytaxtı Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə "Tairath" qəzeti hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.
Bundan əlavə, 10 nəfər xəsarət alıb, 118 nəfər itkin düşüb.
Qeyd olunub ki, ən çox insan - 8 nəfər - Banqkokun şimalında Baş Auditor İdarəsinin tikintisi davam edən binasının uçması nəticəsində həlak olub. Hazırda orada axtarış-xilasetmə əməliyyatı davam edir.
Qeyd edək ki, martın 28-də Banqkokun bir neçə bölgəsində və ətrafında 7,7 maqnitudalı zəlzələ baş verib. Myanmada baş verən zəlzələdən sonra Tailandda 50-dən çox afterşok qeydə alınıb.
Milli.Az