Dünya

Yunanıstandan qalmaqallı açıqlama: Bu əsgərlərdən Türkiyə ilə döyüşmələrini istəyəcəyik - FOTO

28 Mart 2025 17:01
Baxış: 821
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, martın 25-də Yunanıstanda qeyd olunan "Müstəqillik günü" tədbirləri zamanı keçirilən paradda Türkiyə əleyhinə çirkin şüarlar səsləndirilib. Afinadan məsələ ilə bağlı açıqlama gözlənilərkən ölkənin millət vəkili bu hadisəni dəstəkləyib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Birlik" qəzeti yazıb.

Bildirilib ki, Yunanıstanın millət vəkili Thanos Plevris Türkiyə əleyhinə şüarlar səsləndirilməsini müdafiə edib.

Açıqlamalarının şəxsi fikirləri olduğunu bildirən Plevrisin "Atılan şüarlarda heç bir problem görmürəm" ifadəsi diqqət çəkib:

"Müharibə zamanı insanları vətən üçün ölməyə hazırlayırıq. Təlim zamanı belə şüarlar səsləndirilir. Xüsusi təyinatlılarda xidmət edəndə mən də bunları deyirdim. İndi Türkiyə bundan narahat olubsa, qaralara bürünməyəcəyik. Şüarların səsləndirilməsində heç bir problem görmürəm. Sabah bu əsgərlərdən Türkiyəyə qarşı vuruşmalarını istəyəcəyik. Əlbəttə şüar üçün onları cəzalandırmayacağıq".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.