Dünya

"Putin tezliklə öləcək"

27 Mart 2025 12:44
Baxış: 919
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

​Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinin səhhəti ilə bağlı şayiələr fonunda onun tezliklə öləcəyini iddia edib.

Milli.Az xəbər verir ki,  "Daily Mail" qəzetinin məlumatına görə, Zelenski bu bəyanatı Fransa Prezidenti Emmanuel Makronla görüşündən sonra Parisdə jurnalistlərə verib. O, Putinin tezliklə öləcəyini bildirib və bu fikrinin qəti olduğunu vurğulayıb. 

"O nədən qorxur - öz gücünü itirməkdən. Bu da cəmiyyətin sabitliyindən asılıdır, lakin onun yaşından da asılıdır - o tezliklə öləcək, bu faktdır və hər şey bitəcək", - Zelenski müsahibəsində vurğulayıb.

Qeyd edək ki, Putinin sağlamlıq vəziyyəti ilə bağlı uzun müddətdir müxtəlif şayiələr dolaşır. 72 yaşlı liderin son illərdə üzündə şişkinlik, ayaqlarında titrəmə və gözlərində qızartı müşahidə edildiyi bildirilir. Xüsusilə, 2022-ci ildə müdafiə naziri Sergey Şoyqu ilə görüşü zamanı masadan yapışaraq oturması və danışığında qeyri-müəyyənliklər diqqət çəkib. Bu əlamətlər Putinin xərçəng və ya Parkinson xəstəliyinə tutulması ilə bağlı fərziyyələri gücləndirib.​

Fidan
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.