Dünya

Əkrəm İmamoğlunun yerinə o seçildi - FOTO

26 Mart 2025 18:11
Baxış: 1 070
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) Məclisinə keçirilən seçkidə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Nuri Aslan İBB sədri vəzifəsini icra edəcək şəxs olaraq seçilib.

Publika.az "Haber Global"a istinadən xəbər verir ki, müxalif siyasətçi 177 səs toplayıb.

Xatırladaq ki, Türkiyənin hakim partiyası (AK Parti) bu posta Zeynel Abidin Okulu namizəd göstərmişdi.

Qeyd edək ki, İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya və terror araşdırması ilə bağlı aparılan məhkəmə prosesi başa çatıb. Məhkəmə aralarında İBB sədri Əkrəm İmamoğlu da olmaqla 18 nəfərin həbsinə qərar verib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.