Siyasət

Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub

29 Mart 2025 17:52
Baxış: 626

Martın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müqəddəs Ramazan bayramı münasibətilə Prezident İlham Əliyevə və xalqımıza təbriklərini çatdırıb, ölkəmizə firavanlıq və ruzi-bərəkət arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib, öz növbəsində Rəcəb Tayyib Ərdoğanı, qardaş Türkiyə xalqını bayram münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb.

Rəcəb Tayyib Ərdoğan təbriklərə görə Azərbaycan Prezidentinə minnətdarlığını ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları qardaşlıq və müttəfiqlik münasibətlərinə əsaslanan Azərbaycan-Türkiyə əlaqələrinin perspektivlərinə dair fikir mübadiləsi aparıb və tezliklə yenidən görüşəcəkləri ilə bağlı ümidvarlıqlarını ifadə ediblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.