Şou-biznes

“Bəzi Xalq və Əməkdar artistlər acından ölür”

29 Mart 2025 17:00
Baxış: 1 136
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Elə sənət dostlarımız var ki, Xalq, Əməkdar artisti, amma evdə acından ölürlər. Ad çəkməyəcəyəm, amma kim gündəmdədi, tələbatlıdır ona ilişirlər".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Kərim Abbasov "Tarixin bir günü" verilişində deyib. Sənətçi bəzi Xalq və Əməkdar artistlərin məclislərə dəvət olunmadığını deyib:

"Sənin sənətin varsa və tələbat yoxdursa, problem səndədir. Musiqi ruhun qidasıdır, pis musiqi yoxdur. Ola bilər sənin oxuduğun musiqi tərzini bəyənmirəm. Sən necə Şəbnəmin, Vəfanın (müğənnilər Şəbnəm Tovuzlu və Vəfa Şərifova - red.) oxuduğuna pis deyə bilərsən? Bu gün onları dəvət edib, sən Xalq artistini çağırmırlarsa, problem sənin özündə, səsinin rəngindədi, xasiyyətində və seçdiyin mahnıdadır. Bütün günü oturub estradaya qulaq asa bilmərəm. Ən uzağı yarım saat qulaq asaram, toya gedirəm milli musiqilərimi oynamaq istəyirəm". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.