Bakının Nizami rayonu ərazisində oğurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Milli.Az-a verilən xəbərə əsasən, bir nəfərə məxsus 2000 manat dəyərində avtomobil diskləri oğurlanıb.
Polis əməkdaşları tərəfindən oğurluqda şübhəli bilinən 32 yaşlı V.Əliyev, 31 yaşlı E.Tağıyev və 31 yaşlı S.Ələkbərov saxlanılıb.
Araşdırmalar aparılır.
Milli.Az