Ölkə

İlon Mask "Starlink"i Azərbaycan üçün AKTİVLƏŞDİRDİ - QİYMƏT - FOTO

29 Mart 2025 10:41
Baxış: 3 891
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı milyarder İlon Maskın "SpaceX" şirkətinə məxsus "Starlink" peyk interneti artıq Azərbaycan üçün aktiv edilib.

Milli.Az xəbər verir ki, bu barədə xidmətin sosia media hesabında məlumat verilib.

Bildirilib ki, "Starlink"in yüksək sürətli və aşağı gecikməli internet xidməti artıq Azərbaycanda mövcuddur.

"Starlink" orbitə buraxılan minlərlə peyk vasitəsilə dünyanın istənilən nöqtəsinə yüksək sürətli internet çıxışı təmin edir.

Azərbaycanlı istifadəçilər "Starlink" xidmətindən yararlanmaq üçün "Starlink Mini Kit" və ya "Starlink Standard Kit" cihazlarından birini əldə etməlidirlər. Cihazların qiyməti müvafiq olaraq 340 və 670 manat, çatdırılması 50 manatdır. 

Xidmətin aylıq abunə haqqı isə 100 manat müəyyən edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.