Maraqlı

Milyarder toya hazırlaşır - FOTO

29 Mart 2025 09:23
Baxış: 1 108
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı milyarder Ceff Bezos və keçmiş jurnalist Lauren Sançez bu yay ailə həyatı qurmağı planlaşdırırlar.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, cütlüyün toyu İtaliyada keçiriləcək.

Toya dəvət olunan məşhurlar arasında Kim Kardaşyan, aktyor Eva Longoria, müğənni Keti Perri və nişanlısı Orlando Blum var.

Keti Perri, həmçinin Lauren Sançez ilə birlikdə "Blue Origin "raketi ilə kosmos səyahətinə çıxacaq qadınlardan biridir. Bezosun şirkəti NS-31 missiyası çərçivəsində həyata keçiriləcək bu uçuşun dəqiq tarixi hələ açıqlanmayıb.

Lauren Sançez və Ceff Bezos 2019-cu ildən birlikdədir və 2023-cü ilin may ayında nişanlanıblar. Bezos daha əvvəl yazıçı Makenzi Skott ilə evli olub və bu nikahdan dörd övladı var. Lauren Sançez isə iki keçmiş ərindən üç uşaq sahibidir./modern.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.