Xalq artisti Faiq Ağayev "atasız qızı oğluma almaram" deyən Nigar Fərhadı tənqid edib.
Milli.Az xəbər verir ki, bu barədə o, sosial media hesabında status yazıb:
"O boyda ədəbsiz həngamə qoparmaqdansa, de ki, oğluma kişini saymayan, gələcək ərinə heç bir önəm verməyən qızla evlənməyi icazə vermərəm. Yenə başadüşülən olar. Eynən "qızımı qadına hörmət etməyən oğlana vermərəm" fikri kimi.
Əvəzində mağara düşüncəsi qoyur ortalığa. Danışığını bilməyən uşağı öyüd-nəsihət verməklə düzəltmək olar, amma beləsinin ağıl kitabı nəinki bağlanıb, görünür, heç açılmayıb... Çox acınacaqlı haldır".
Milli.Az