Cəmiyyət

Mərkəzi Bankın eksperti müşavir təyin olundu

17 Noyabr 2025 11:47
Baxış: 380
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətində (AQC) yeni kadr təyinatı həyata keçirilib.

Milli.Az xəbər verir ki, qurumun sədri Vüqar Orucun sərəncamı ilə İbrahimov Asif Arzuman oğlu müşavir vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A.İbrahimov Mərkəzi Bankın məsləhətçi-eksperti kimi də fəaliyyət göstərir. O, həm də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında müəllimlik fəaliyyətini davam etdirir və müxtəlif dövlət və özəl təşkilatlarda təlimçi kimi çıxış edir. 

Asif İbrahimovun atası İbrahimov Arzuman Pənah oğlu 1992-ci ildə Qarabağ döyüşlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.