İdman

Rusiyaya qarşı “futbol sanksiyaları" ləğv olunacaq?

29 Mart 2025 18:59
Baxış: 679
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aprelin 3-də Belqradda UEFA-nın Konqresikeçiriləcək.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, tədbir zamanı qeyri-rəsmi söhbətlərdə Avropa futbol rəsmilərinin rusiyalı həmkarları ilə Rusiya milli komandaları və klublarını beynəlxalq arenaya necə və nə vaxt qaytaracaqlarını müzakirə edəcəkləri gözlənilir.

KİV-lər Rusiyanın beynəlxalq futbol oyunlarında iştirakına icazə verilməsi üçün atılan addımlar barədə məlumat yayıb. Rusiya Futbol İttifaqının rəhbəri Aleksandr Dyukovun sözlərinə görə, belə bir qərar artıq bu il verilə bilər.

Qeyd edilir ki, Rusiya komandalarına qarşı "futbol" sanksiyaları yalnız "gözlənilən atəşkəsdən" sonra ləğv ediləcək. Hər halda, yüksək rütbəli idman rəsmiləri artıq Rusiyanın təkcə futbola deyil, digər idman növlərinə də qayıtması üçün yol xəritəsi üzərində işləyirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.