Dünya

Lukaşenko 7-ci dəfə and içdi, vəzifəsinin icrasına başladı

25 Mart 2025 14:14
Baxış: 582
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2025-ci il yanvarın 26-da keçirilən seçkidə yeddinci dəfə Belarus Prezidenti seçilən Aleksandr Lukaşenko rəsmən səlahiyyətlərinin icrasına başlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Minskdəki Müstəqillik Sarayında prezidentin təntənəli andiçmə mərasimi keçirilib.

Ölkənin yüksəkvəzifəli şəxslərinin, eləcə də inaqurasiyaya dəvət olunmuş çox sayda qonağın iştirak etdiyi mərasimdə A.Lukaşenko sağ əlini Belarus Konstitusiyasının üzərinə qoyaraq, belarus dilində xalqa sədaqətlə xidmət edəcəyinə, insan və vətəndaşın hüquq və azadlıqlarına hörmətlə yanaşacağına və qoruyacağına, ölkənin əsas qanunlarına əməl edəcəyinə və qoruyacağına and içib.

Bundan sonra dövlət başçısı vəzifəyə başlamaya dair aktı imzalayıb. Mərkəzi Seçki Komissiyasının sədri İqor Karpenko A.Lukaşenkoya prezident vəsiqəsini təqdim edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.