Dünya

ABŞ-də iki təyyarə toqquşub, ölənlər var

23 Fevral 2025 10:53
Baxış: 329
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-nin Arizona ştatında iki təyyarənin toqquşması nəticəsində ən azı iki nəfər həlak olub.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Associated Press (AP) məlumat yayıb.

Hadisə Maranya departamentinin Tukson şəhərinin kənarındakı hava limanı yaxınlığında baş verib.

Belə ki, havada "Cessna 172S" və "Lancair 360 MK II" tipli yüngül təyyarələr toqquşub. Təyyarələrdən birinin insidentsiz yerə endiyi, digərinin isə uçuş-enmə zolağına az qalmış yerə çırpıldığı və alovlandığı güman edilir.

Maranya polis idarəsi ölən iki nəfərin bir təyyarədə olduğunu, digər təyyarədə olan iki nəfərin isə xəsarət almadığını təsdiqləyib. Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.