Dünya

Yerə təhlükəli asteroid yaxınlaşır - Toqquşma ehtimalı 2 dəfə artdı - FOTO

20 Fevral 2025 14:31
Baxış: 1 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"2024 YR4" asteroidinin 2032-ci ildə Yerlə toqquşma ehtimalı 1.2%-dən 3.1%-ə yüksəlib. Bu, müşahidə tarixində ən yüksək göstəricidir.

Milli.Az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global" xəbər yayıb.

Bildirilir ki, 7 il sonra asteroidin Yerlə toqquşma ehtimalı cəmi bir neçə həftə ərzində bu qədər artıb.

Alimlərin fikrincə, asteroidin Yerlə toqquşması zamanı TNT ekvivalentində 8 meqaton gücündə partlayış baş verə bilər. Bu, Xirosimaya atılan atom bombasının gücündən 500 dəfə çoxdur.

Alimlər "2024 YR4"ün sıx məskunlaşmış şəhərə düşməsinin nəticələrini proqnozlaşdırıblar - zərbə dalğası partlayış mərkəzindən 13.7 km radiusda olan binaların əksəriyyətini dağıdacaq. İnsan tələfatı ehtimalı hətta 19 km radiusda da qalacaq, 40 km-ə qədər məsafədə olan insanlar isə yüngül xəsarət alacaqlar.

Bununla belə, alimlər hələ asteroidin hansı orbitlə uçacağını dəqiq bilmirlər.

Xatırladaq ki, "2024 YR4" asteroidi 27 dekabr 2024-cü ildə Çilidəki ATLAS rəsədxanasında aşkar edilib. Onun diametri təxminən 70 metrdir ki, bu da Çelyabinsk meteoritindən üç-dörd dəfə böyükdür.

"Onu 33 gündür müşahidə edirlər və məlum olub ki, onun planetimizlə 22 dekabr 2032-ci ildə toqquşma ehtimalı var. Hazırda Yerlə toqquşma ehtimalı müxtəlif qurumlar tərəfindən 0.5-dən altı faizə qədər qiymətləndirilir. Altı faiz - yəni vəziyyətin inkişafının 16 variantından biri toqquşmanı nəzərdə tutur", deyə - "Ka-Dar" rəsədxanasının və "Astrovertı" astrofermanın elmi rəhbəri, astronom Stas Korotkiy jurnalistlərə bildirib.(Oxu.Az)

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.