Ən bahalı villasını borca görə SATIR - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Almaniyada Rusiya Federasiyasının ən varlı adamlarından biri, sanksiyaya məruz qalan oliqarx Əlişir Usmanovun villası borclarına görə satışa çıxarılıb.
Milli.Az bildirir ki, Almaniyanın "Merkur" nəşri xəbər verir ki, söhbət Bavariyada Tegernsee gölünün sahilindəki Usmanov malikanəsindən gedir.
Bu villa Almaniyanın ən bahalı daşınmaz əmlakıdır, 25 milyon avro dəyərində qiymətləndirilir.
Usmanov bu villadan 2011-ci ildən 28 fevral 2022-ci ilə qədər "yay iqamətgahı" kimi istifadə edib. O vaxtdan sonra Avropa İttifaqının sanksiyalarına məruz qalıb və Almaniyadan qaçmağa məcbur olub.
Villa 2011-ci ildə oliqarxla əlaqəsi olan Men adasından "Tegernsee Limited" ofşor şirkəti tərəfindən 7,8 milyon avroya alınıb. Usmanov özü villanın ona məxsus olmadığını, onu həftədə 77 min avroya kirayələdiyini iddia edib.
Almaniyada Usmanov vergidən yayınmaya görə, təhqiq edilir. Usmanovun villa ilə əlaqəsini inkar etməsi səbəbilə onun saxlanması üçün borclar yığılıb və onlar həbs edilmiş əmlakı satmaq qərarına gəliblər.
Villanın sahəsi 735 kvadratmetrdir. Köşkdə dörd yataq otağı və yuxarı iki mərtəbədə hamam var. Villada həmçinin sauna və hovuz da var.
Qeyd edək ki, 2024-cü ilin oktyabrında Ukrayna məhkəməsi nəhayət milyarder Usmanovun dəmir filizi məhsulları və İT şirkətinin nizamnamə kapitalı da daxil olmaqla 2 milyard UAH-dan çox əmlakını müsadirə edib. Bu qərar qanuni qüvvəyə minib və şikayət verilə bilməz.
Xatırladaq ki, Əlişir Usmanov sanksiyalar altındadır və Aİ hesablarından istifadə edə bilməz. Eyni zamanda, Usmanov ən zəngin ruslardan biridir və Rusiya hakimiyyəti ilə geniş əlaqələrə malikdir. Usmanova Kremlin maliyyə axınlarını idarə etmək həvalə olunub; onu Rusiya prezidenti Vladimir Putinin "etibarlı vasitəçisi" də adlandırırlar. /Lent.az
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Bu şəxslər dövlət qulluğuna qəbul edilməyəcək - Yeni qayda
-
Qazaxıstanda matəm günüdür
-
Azərbaycan Prezidenti İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib - (Foto)
-
Azərbaycanda kartlarla bağlı yeni məlumat
-
Rusiya-NATO müharibəsi başlasa, kim qalib gələ bilər?
-
Gürcüstan Rusiya ilə sərhədi bağladı
-
Bakıda dişini çəkdirən qadın öldü
-
Payızda yollarda təhlükəsiz hərəkət üçün vacib qaydalar
-
Ozan Tufanın ayaqqabısının dodaq uçuqladan qiyməti - (Foto)
-
DTX-nin sosial şəbəkə hesablarında IV Bakı Təhlükəsizlik Forumu ilə bağlı paylaşım edilib - (Video)
-
Qazaxıstanda Xəzərdə hərbçilərin ölümünə səbəb olmaqda şübhəli bilinənlər müəyyən edilib
-
Türkiyə Fransaya qarşı
-
"Azərbaycanla sülhdən sonra Rusiya ilə münasibətlər dəyişməlidir"
-
Xəstəxanaya yerləşdirilən tanınmış aktyordan xəbər var
-
Bakı–Sumqayıt qatarları ilə bağlı yenilik
-
Sabirabadda ağır qəza: 1 nəfər öldü, 3 nəfər yaralandı
-
Ülviyyə Əliyevaya ağır itki
-
22 manata aldığı üzük 1,5 milyon manata satıldı
-
"Formula-2": Azərbaycan Qran-prisinin sprint yarışının qalibi mükafatlandırıldı - (Foto)
-
Hava ilə bağlı son məlumat
-
Naomi Kempbell Bakıda keçmiş sevgilisi ilə görüşdü
-
Bakıda Formula 2 sprint yarışının qalibi bilindi - Yenilənib - Foto
-
Şəmkirdə avtomobil piyadanı vurdu - Xəstəxanada öldü
-
Neft yenidən bahalaşdı





