Dünya

Tramp: "Onunla ildə yüz minlərlə insanı öldürürlər"

1 Fevral 2025 08:03
Baxış: 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kanada, Çin və Meksikanın hakimiyyət orqanları yaxın 24 saat ərzində Vaşinqtonun bu ölkələrin məhsullarına rüsum tətbiq etməsindən yayına bilməyəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ABŞ lideri Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Xeyr, heç bir şey. Hazırda yox", - o, üç dövlətin hadisələrin belə inkişafının qarşısını almaq üçün hər hansı bir şey edə biləcəyi barədə suala cavabında deyib. "Xeyr. Bu, təmiz iqtisadiyyatdır. Bizim hər üç ölkə ilə böyük (ticarət-red) kəsirimiz var", - o deyib.

"Bir halda külli miqdarda fentanil (sintetik opioid - red.) göndərir, onunla ildə yüz minlərlə insanı öldürürlər. Digər iki halda isə bu zəhərin xaricdən gətirilməsinə şərait yaradırlar", - Tramp deyib.

Amerika lideri əmin edib ki, ABŞ tariflərin tətbiqi ilə heç bir güzəştə getmir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.