Dünya

Rusiya və İran Hərtərəfli Saziş İMZALADI

17 Yanvar 2025 19:12
Baxış: 419
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb.

Milli.Az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Mərasim Kremldəki danışıqlardan sonra baş tutub.

Sənədlə Moskva ilə Tehran arasındakı münasibətlər yeni səviyyəyə çatacaq. Həmçinin müqavilə hər iki ölkənin strateji tərəfdaş statusunu təmin edir.

Eyni zamanda saziş uzunmüddətli perspektivdə əməkdaşlığın gələcək inkişafı üçün hüquqi bazanı müəyyən edir.

İki ölkə rəsmilərinin sözlərinə görə, saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət, elm və texnologiya daxil olmaqla bütün sahələri əhatə edir. /Report

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.