Kolumbiya televiziyasında Azərbaycanın humanitar yardımından danışılıb - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Kolumbiyanın "Kanal On üç" televiziyasında yayımlanan "Bizim Kolumbiya" proqramında Azərbaycanın bu ölkəyə göstərdiyi humanitar maliyyə yardımı ilə bağlı xüsusi süjet yayımlanıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, süjetdə Azərbaycanın Kolumbiyanın Duitama şəhərində yerləşən paramo qoruqlarının mühafizəsi məqsədilə ayırdığı yardımın əhəmiyyəti vurğulanıb. Bu, hər iki ölkənin ətraf mühitin qorunması və beynəlxalq əməkdaşlığa verdiyi xüsusi önəmin göstəricisi kimi təqdim olunub.
Proqram çərçivəsində Azərbaycanın Kolumbiyadakı səfiri Məmməd Talıbovun müsahibəsinə geniş yer verilib. Diplomat Azərbaycan ilə Kolumbiya arasında dostluq və qardaşlıq əlaqələrinin önəmini vurğulayaraq, bu il Azərbaycan tərəfindən Kolumbiyaya iki dəfə humanitar maliyyə yardımı göstərildiyini bildirib. O, ilk yardımın meşə yanğınlarının törətdiyi fəsadların aradan qaldırılmasına, ikinci yardımın isə Duitama şəhər bələdiyyəsinin ərazisindəki nadir ekosistem olan paramoların ekoloji problemlərinin həllinə yönəldiyini qeyd edib.
Səfir, paramoların zəngin fauna və florasını yerində araşdırmaq fürsəti əldə etdiyini bildirərək, Azərbaycanın dost Kolumbiya xalqının ekoloji problemlərinin həllinə töhfə verməyə davam edəcəyinə ümidvar olduğunu ifadə edib.
M.Talıbov Azərbaycanın iqlim dəyişikliyi və ətraf mühit məsələləri üzrə beynəlxalq çağırışlara verdiyi töhfələrdən də danışıb. O, Azərbaycanın ev sahibliyi etdiyi COP29-un tarixin ən uğurlu iqlim konfranslarından biri kimi yadda qaldığını və Kolumbiya nümayəndə heyətinin bu tədbirdə geniş təmsil olunduğunu xatırladıb. Diplomat, həmçinin, Azərbaycan nümayəndə heyətinin cari ilin oktyabr ayında Kolumbiyanın Kali şəhərində keçirilmiş COP16 konfransında fəal iştirak etdiyini qeyd edib.
Verilişdə iki ölkə arasındakı əlaqələrin son illərdəki müsbət inkişafı, siyasi dialoq səviyyəsi xüsusi vurğulanıb. 2024-cü ilin Azərbaycan ilə Kolumbiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunacağı bir il olaraq əlamətdar olacağı da diqqətə çatdırılıb.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Putin Pezeşkianla görüşdü - (Video)
-
Ramzan Kadırov telefonunun ekranındakı şəkli göstərdi - (Foto)
-
2026-cı ilin sözü bəlli oldu
-
İstanbulda güclü yağış daşqına səbəb oldu - (Video)
-
96 yaşlı "Tiktok" ulduzu ayda 10 min qazanır, 15 mln izləyicisi var (Video)
-
Moskvanın hava limanlarında məhdudiyyətlər - Səma bağlandı
XƏBƏR LENTİ
-
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
-
Naxçıvanda 17 yaşlı oğlan bıçaqlandı
-
Kəmaləddin Heydərov Ramin Orucova vəzifə verdi
-
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
-
Beynəlxalq Muğam Mərkəzində Qalina Vişnevskayanın 100 illiyi qeyd olunub - (Foto)
-
Qeyri-adi rəssam Tural Bayramovun emalatxanasından reportaj: dünyanı eşitmədən də ona gözəllik bəxş etmək olar - (Foto)
-
Dövlət Baxçalıdan Türk Dünyasına geniş müraciət: "Azərbaycanla qardaşlığımız köklüdür"
-
Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş “Mənim Abşeronum: Üstə gəl” retrospektiv sərgisi açılıb - (Foto)
-
Putin Pezeşkianla görüşdü - (Video)
-
Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi - (Foto)
-
"Fənərbağça" İsmayıl Kartalla yollarını ayırdı
-
Dollar alıb-satanlara xəbərdarlıq: Limit və şəxsiyyət vəsiqəsi tələbi
-
Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum edilir
-
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
-
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Yevlaxdakı qəzada ölənlərin kimliyi məlum oldu - Yenilənib (Foto)
-
Ramiz Mehdiyevə hökm oxundu - Bütün əmlakları müsadirə olundu
-
Qəzada xəsarət alan gənc öldü - (Foto)
-
Heydər Əliyev Mərkəzində “Art Weekend”in silsilə sərgiləri açılacaq
-
Bakı Təşəbbüs Qrupu Fransanın Korsika ilə bağlı qərarını pisləyib
-
Teymur Yəhyayev dəfn olundu - (Foto)
-
“Mədəniyyət rüzgarı” Xaçmazda: fortepiano və violin ixtisasları üzrə ustad dərsləri keçirilib - (Foto)
-
"3 aya 38 milyon avro qazanıblar" - Yusif Eyvazov teatr və keçmiş xanımından danışdı
-
Azərbaycan kubokunda daha 2 komanda 1/8 finala yüksəldi





