Güclü duman səbəbindən London Gatwick Beynəlxalq Hava Limanında üçüncü gündür ki, əməliyyatlar dayandırılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Sky News" telekanalı məlumat yayıb.
Hazırda hava limanında ümumilikdə 58 reys təxirə salınıb. "Gatwick" sözçüsü sərnişinləri hava limanına getməzdən əvvəl təyyarələrinin ləğv edilib-edilmədiyini yoxlamağa çağırıb.
Qatı duman hazırda Böyük Britaniyanın əksər hava limanlarına təsir edir və bu, çoxsaylı reyslərin ləğvinə və gecikmələrinə səbəb olur.
Milli.Az