Londonda da 50-dən çox reys təxirə düşdü

30 Dekabr 2024 16:43

Güclü duman səbəbindən London Gatwick Beynəlxalq Hava Limanında üçüncü gündür ki, əməliyyatlar dayandırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Sky News" telekanalı məlumat yayıb.

Hazırda hava limanında ümumilikdə 58 reys təxirə salınıb. "Gatwick" sözçüsü sərnişinləri hava limanına getməzdən əvvəl təyyarələrinin ləğv edilib-edilmədiyini yoxlamağa çağırıb.

Qatı duman hazırda Böyük Britaniyanın əksər hava limanlarına təsir edir və bu, çoxsaylı reyslərin ləğvinə və gecikmələrinə səbəb olur. 

Milli.Az