Dünya

Paşinyan XİN-in avtomobil parkını ixtisar etdi

26 Dekabr 2024 00:35
Baxış: 620
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanın Baş naziri Nikol Paşinyan Xarici İşlər Nazirliyinin demək olar ki, bütün xidməti avtomobil parkını ixtisar edilməsi ilə bağlı qərar qəbul edib.

Milli.Az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti yazır və XİN-in bu qərardan son dərəcə narazı olduğunu qeyd edir.

Qeyd olunub ki, 15 avtomobildən yalnız xarici işlər naziri Ararat Mirzoyanın xidməti avtomobili saxlanılıb.

Nazirlik şikayət edir ki, bundan sonra onlar xarici nümayəndə heyətlərinin iştirak etdiyi protokol tədbirləri üçün avtomobil icarəyə götürməli olacaqlar və bu, büdcəyə xidməti avtomobillərin saxlanmasından qat-qat baha başa gələcək.

Nərmin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.