Dünya

Suriyanın yeni liderinin dünyadan xahişi var

23 Dekabr 2024 08:23
Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hazırda Suriya vətəndaşlarının yarısı xaricdə yaşayır.

Milli.Az xəbər verir ki, bunu Suriya müxalifətinin lideri Əhməd əl-Şaraa Türkiyənin xarici işlər naziri Hakan Fidanla birgə mətbuat konfransında bildirib.

"Suriya vətəndaşlarının yarısı indi ölkədən kənarda yaşayır və daxildəki iqtisadi infrastruktur dağıdılıb, ona görə də indi həll etməli olduğumuz ciddi problemlərimiz var", - deyə Əl-Şaraa bildirib.

Əl-Şaraa beynəlxalq ictimaiyyəti dövlətin daha tez dirçəlməsi üçün Bəşər Əsədin hakimiyyəti dövründə ölkəyə qarşı tətbiq edilən sanksiyaları ləğv etməyə çağırıb. /"Unikal"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.