Dünya

Əsədin adını qədim Əməvi məscidindən belə sökdülər - FOTO

21 Dekabr 2024 11:03
Baxış: 1 213
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Suriyada Əsəd rejiminin izləri silinməyə davam edir.

Milli.Az xarici mediaya istinadən xəbər verir ki, Suriyanın paytaxtı Dəməşqdə tarixi Əməvi məscidinin mərmər divarında olan Əsədin adı çəkiclə qırılaraq silinib.

Paytaxt Dəməşqin simvolu olan tarixi Əməvi məscidinin divarındakı mərmər kitabənin üzərində olan Suriyanın keçmiş prezidenti Hafiz Əsədin adı cümə namazı qılmaq üçün məscidə gələnlər tərəfindən silinib.

Məscidin divarındakı böyük lövhədə "Bu məscid mömin prezident Hafiz Əsədin dövründə yenilənib və bərpa edilib" sözləri yazılıb

Nərmin
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.