Dünya

Norveçin bu tələbləri işimizi iflic edir - Zaxarova

16 Oktyabr 2024 20:55
Baxış: 700
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəsmi Oslonun rus diplomatlarının sayının azaldılması ilə bağlı son tələbləri faktiki olaraq Norveçdəki Rusiya diplomatik qurumlarının fəaliyyətini iflic edir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

"Norveç hakimiyyətinin tələblərinə uyğun olaraq, Rusiyanın Norveçdəki səfirliyi, eləcə də Kirkenes və Barentsburqdakı Baş Konsulluğu oktyabrın 17-dən etibarən akkreditə olunmuş diplomatların sayını qondarma kvotaya qədər azaltmağa məcburdur.

Oslonun ultimatum tələbləri Rusiyanın xarici agentliklərinin Norveçdəki fəaliyyətini son dərəcə çətinləşdirir və Oslonun qərarları əslində bir sıra sahələrdə bizim xarici agentliklərin fəaliyyətini iflic vəziyyətinə salır", - Zaxarova qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.