Dünya

Zooparkda nadir meymun növləri müəmmalı şəkildə öldü - FOTO

15 Oktyabr 2024 10:18
Baxış: 377
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Honkonqun (Çin) mərkəzində zoologiya və botanika bağlarında müəmmalı hadisə baş verib. Zooparkın işçiləri nadir və ekzotik cinslər də daxil olmaqla müxtəlif növlərdən olan səkkiz ölü meymun aşkar ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

Bildirilir ki, ölən heyvanlar arasında De-Brazza meymunu, adi sincab meymunu, üç tamarin və üç ağüzlü saki meymunu var.

Honkonq hökuməti heyvanların ölüm səbəblərini müəyyən etmək üçün dərhal ekspertiza və laboratoriya testləri təşkil edib.

Testlərin nəticələri gözlənilən müddətdə zooparkın məməlilər bölməsi dezinfeksiya və təmizlik işləri aparmaq üçün bağlanıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.