Dünya

Gürcüstanda MSK əməkdaşları təhdid olunur

13 Oktyabr 2024 22:52
Baxış: 723
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) əməkdaşlarının telefonlarına təhdid mesajları gəlməyə başlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə MSK sədri Giorgi Kalandarişvili məlumat verib.

Onun sözlərinə görə, MSK əməkdaşlarına gələn bütün mesajlarda ünvan sahibinin adı var ki, bu da mesajın müəllifinin həmkarlarımızın şəxsi məlumatlarını bildiyini təsdiqləyir.

Kalandarişvili vurğulayıb ki, oxşar hallar əvvəllər də baş verib. MSK əməkdaşlarına rüşvət vermək, qorxutmaq və ya başqa tədbirlər görmək istəyiblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.