Dünya

Türkiyədən mühüm addım: “Orta Asiya” silindi

10 Oktyabr 2024 21:59
Baxış: 444
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Milli Təhsil Nazirliyi (MEB) 2024-2025-ci tədris ili üçün tarix dərsliyində köklü dəyişiklik edib. Dəyişikliyə əsasən, bundan sonra "Orta Asiya" əvəzinə "Türküstan" ifadəsi işlədiləcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, türkiyəli professor Əhməd Tasagil və dosent Ramin Sadıq Təhsil Nazirliyinin bu qərarını yüksək dəyərləndiriblər.

Əhməd Tasagil rusların işğalı nəticəsində "Türküstan" əvəzinə "Orta Asiya" anlayışının istifadə olunmağa başladığını belə izah edib:

"Türklərin yurdu mənasını verən "Türküstan" sözü tarixin ən erkən dövrlərindən işlənməyə başlayıb. 19-cu əsrin ikinci yarısında başa çatan rus işğalı nəticəsində "Orta Asiya" anlayışı formalaşıb və geniş yayılıb".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.