Dünya

Orbanın çıxışı zamanı “hücum”: Putinə satdın - VİDEO

9 Oktyabr 2024 12:44
Baxış: 695
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Macarıstanlı müxalifət fəalı Marton Nyekitsi Avropa Parlamentində Budapeştin altı aylıq sədrliyi ilə bağlı planlarını açıqlayan Viktor Orbanın mətbuat konfransını pozmağa cəhd edib.

Milli.Az axar.az-a istinadən bildirir ki,  bu barədə AP məlumat yayıb.

Məlumata görə, Orban Avropa Parlamentində immiqrasiyaya qarşı danışarkən, o, Macarıstanın Baş nazirinin oturduğu kürsüyə qaçaraq onun tərəfinə əsginas kimi görünən bir torba atıb.

Nyekitsi bunu "Ölkəni neçəyə satmısınız, cənab baş nazir? Ölkəni Putinə satdınız, Szinpinə satdınız!" deyə qışqırıb.

Bundan sonra o, Avropa Parlamentinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və zaldan çıxarılıb.

Orbanın hadisədən sonra Macarıstanın siyasi mədəniyyəti ilə bağlı bir neçə kəlmə izahat verib:

"Bir macar siyasətçi başqasına "əclaf" deyirsə, bizim mədəniyyətimizdə bu, sadəcə olaraq, "mən sizinlə razılaşmıram" deməkdir".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.