Dünya

Bu ölkədə Səhiyyə Nazirliyi əhalini öpüşməməyə çağırdı

8 Oktyabr 2024 13:16
Baxış: 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qana Milli Səhiyyə Xidməti ölkə əhalisinə qeyri-adi bir müraciət edib. Qurum sakinləri öpüşməkdən və cinsi əlaqədən imtina etməyə çağırıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, çağırış ölkədə meymunçiçəyi ilə yoluxma hallarının artması ilə əlaqədar edilib.

Bəyanat ölkənin şimal-qərbində növbəti xəstəlik halı qeydə alındıqdan sonra verilib. Bildirilib ki, yoluxanların sayı artıq 230 nəfərə çatıb.

Həkimlərin məlumatına görə, meymunçiçəyi yaxın bədən təması ilə ötürülə bilər, buna görə də onlar bu xəstəliyin olduğundan şübhələnilən insanlarla öpüşməkdən və yaxın təmasdan çəkinməyi ciddi şəkildə tövsiyə edirlər.

Qeyd edək ki, daha əvvəl Konqo Demokratik Respublikasında "mpox" virusuna qarşı ilk peyvənd kampaniyası başlayıb. Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatı tarixdə ilk dəfə olaraq meymunçiçəyinin diaqnostik testini təcili istifadə üçün təsdiqləyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.