Dünya

Netanyahudan Makrona: Ayıb olsun!

5 Oktyabr 2024 23:22
Baxış: 575
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrailin Baş naziri Benyamin Netanyahu Fransa prezidenti Emmanuel Makronun Qəzzadakı münaqişənin həlli üçün İsrailə silah tədarükünü dayandırmağa çağıran bəyanatlarına sərt cavab verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Netanyahu Fransa liderinin sözlərini biabırçılıq adlandırıb və ölkəsinin Qərbin köməyi olmadan belə bütün rəqiblərini məğlub edəcəyini bildirib:

"Biz İranın başçılıq etdiyi qüvvələrə qarşı mübarizə apararkən, bütün sivil dövlətlər İsrailin yanında möhkəm dayanmalıdır. Bununla belə, prezident Makron və bəzi digər Qərb liderləri indi İsrailə silah embarqosu tətbiq etməyə çağırırlar. Ayıb olsun!", - Netanyahu bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.