Dünya

Ani bir qərar qadına milyon dollar qazandırdı

25 Sentyabr 2024 13:22
Baxış: 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-li Kristina Lav ani verdiyi qərara görə, dollar milyoneri olub. Belə ki, uzun illər "Fantasy 5" lotereyası oynayan 74 yaşlı qadın yeni bilet alarkən son anda qərarını dəyişərək "Powerball" lotereyasını alır.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu spontan qərar ona gözlənilməz bir sürpriz - bir milyon dollar məbləğində uduş gətirib.

Miçiqanlı qadının sözlərinə görə, səhər bileti yoxlayarkən böyük cekpotun sahibi olduğunu görüb və sevincindən qışqırmağa başlayıb, bununla da heç nədən xəbərləri olmayan ailə üzvlərini qorxudub. Bundan sonra onlar uduşun həqiqiliyinə əmin olmaq üçün hər rəqəmi bir neçə dəfə yenidən yoxlayıblar.

Təqaüdçü qadın aldığı pulu bütün ailəsinin rahat yerləşə biləcəyi böyük bir ev almağa xərcləməyi planlaşdırır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.