Dünya

Ərdoğan Zelenski ilə görüşdü - FOTO

25 Sentyabr 2024 09:20
Baxış: 324
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-York şəhərindəki "Türk Evi"ndə Ukrayna Prezidenti Volodimir Zelenskini qəbul edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin ofisi məlumat yayıb.

Bildirilib ki, görüşdə Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, Ukrayna-Rusiya müharibəsinin gedişi və sülh səyləri, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan görüşdə Türkiyənin əvvəldən Ukrayna-Rusiya müharibəsini Ukraynanın ərazi bütövlüyü və suverenliyini qoruyaraq dialoq yolu ilə sona çatdıra biləcəyinə inandığını və bunun üçün səylərini davam etdirdiklərini bildirib.

Türkiyə lideri  Zelenskiyə "Taxıl sazişi"ni bərpa etmək üçün səy göstərəcəyini vəd edib.

Görüşdən sonra xarici işlər naziri Hakan Fidan tərəfindən "Türk Evi"ndən yola salınan Zelenski mətbuat mənsublarının suallarını cavablandırmadan ayrılıb.

Qeyd edək ki, hər iki ölkə başçısı BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak üçün ABŞ-də səfərdədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.