Dünya

İsrail ordusu Livan ərazisinə zərbələr endirdi

19 Sentyabr 2024 01:35
Baxış: 658
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsrail Hərbi Hava Qüvvələri Livan ərazisində Hizbullah hərəkatının hərbi hədəflərinə yeni silsilə hücumlar həyata keçirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hərbçilər Livanın cənubundakı Cibbin kəndi ərazisində bir neçə hərbi infrastruktur obyektində Hizbullah silahlı birləşmələrinin üzvlərinin olmasını qeydə alıblar. Bundan sonra sözgedən obyektə zərbə endirilib.

Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Kfar Killa, Halta, Şama yaşayış məntəqələri yaxınlığındakı Hizbullah hədəflərinə hücum edib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.