Dünya

Rusiyaya iş dalınca gedən miqrantlar rus dilindən şifahi imtahan da verməli olacaq

18 Sentyabr 2024 23:54
Baxış: 895
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyaya iş dalınca gələn miqrantlar rus dilindən şifahi imtahan da verməli olacaqlar.

Milli.Az APA-ya istinadən xəbər verir ki, RF Təhsil və Elm Nazirliyi əmək miqrantları üçün rus dili imtahanına şifahi hissə əlavə edilməsi təklifini dəstəkləyib.

Rusiyada təhsil və elm sahəsinə nəzarət üzrə Federal Xidmət "Rosobrnadzor" iş icazəsi və ya patent almaq üçün müraciət edən əcnəbilər üçün rus dili imtahanının şifahi hissəsinin tətbiqi təşəbbüsünü dəstəklədiyini açıqlayıb.

Qeyd edək ki, indiyə kimi iş icazəsi və ya patent almaq üçün əcnəbilər rus dilindən yazılı-test formasında imtahan veriblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.