Dünya

Brüsseldə minlərlə insan küçələrə axışdı

22 Sentyabr 2024 12:00
Baxış: 381
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Brüsseldə şəhərdəki "Audi" avtomobil zavodunda minlərlə iş yerinin qorunmasına dəstək nümayişi keçirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə TASS yerli polis məlumatlarına istinadən bildirir.

Aksiyada 10 mindən çox insan iştirak edir. Onlar məşğulluğu təmin etmək üçün Avropa İttifaqından sənaye sektoruna sərmayə qoymağı tələb edir və iqtisadiyyatın real sektorunda ixtisarlara qarşı çıxırlar.

Bildirilir ki, təxminən üç min nəfərin çalışdığı "Audi" zavodu satışların azalması və istehsal xərclərinin artması səbəbindən 2025-ci ildə bağlana bilər.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.