Dünya

Qazaxıstanda 141 şagird qidadan zəhərləndi

8 Sentyabr 2024 16:21
Baxış: 758
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qazaxıstanın Manqistau vilayətində məktəblilər arasında kütləvi zəhərlənmə halı qeydə alınıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin yerli Regional Səhiyyə İdarəsi məlumat yayıb.

Belə ki, sentyabrın 6-sı axşam saatlarında Munaylı rayonundakı 8 saylı məktəbin şagirdləri zəhərlənmə şikayəti ilə xəstəxanaya yerləşdirilib:

"Kütləvi zəhərlənmə faktı ilə bağlı regionda xüsusi qərargah yaradılıb. 82 şagirdin ambulator, 16-nın isə stasionar şəkildə müalicəsi davam edir. Hadisədən ümumilikdə 141 nəfər zərər çəkib. İstintaq başlayıb", - məlumatda deyilir.

İlkin ehtimala görə, şagirdlər qidadan zəhərlənib. Hadisənin səbəbləri araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.