Dünya

Belarusda Yaponiya kəşfiyyatının əməkdaşı saxlanılıb

4 Sentyabr 2024 23:16
Baxış: 685
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarusda xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Yaponiya kəşfiyyatının əməkdaşı saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Belarus-1" dövlət telekanalı məlumat yayıb.

Məlumata görə saxlanılan yapon kəşfiyyat agenti Belarusdakı ictimai-siyasi vəziyyət, Çinin "Bir kəmər - bir yol" təşəbbüsünün həyata keçirilməsi, o cümlədən Belarus-Ukrayna sərhədində baş verənlər haqqında hərbi infrastrukturun çəkilişi ilə məlumat toplayırmış.

"Mənim hərəkətlərim Belarusiya üçün təhlükəli ola bilər" deyən məhbusun, dindirilməsinin videogörüntüləri "Belteleradiocompany" Xəbər Agentliyinin Telegram kanalında dərc edilib.

Materialda Yaponiya vətəndaşının Qomel bölgəsində olarkən göründüyü video görüntülər əks olunub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.