Dünya

Şok: Superbakteriyalar əsgərləri məhv edir

2 Sentyabr 2024 08:54
Baxış: 1 079
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukraynadakı müharibə antibiotiklərə müqavimət göstərə bilən mutasiyaya uğramış superbakteriyaların inkişafını dərinləşdirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə "Sandey Tayms" məlumat yayıb.

Məlumata görə, həkimlər antibiotiklərin onun infeksiyasını sağalda bilmədiyi üçün ayağı kəsilən əsgərin vəziyyətinin kəskinləşdiyini bildiriblər:

"Əvvəlcə 35 yaşlı şəxsin iri qəlpə yaraları narahatlıq yaradıb, lakin bu xəsarətlər tez bir zamanda Londonun cənubundakı Müqəddəs Georgi xəstəxanasında müalicə olunub. Ardınca böyük bir problem ortaya çıxıb, bakterial infeksiya sol ayağındakı partlayış yaralarına dərindən nüfuz edib. Beş fərqli antibiotikin birləşməsi bakteriyaları öldürə bilməyib. Yara hələ də irinli olduğundan, həkimlər müalicə rejimini dəyişərək başqa dörd dərmanı, o cümlədən ciddi yan təsirləri olan "ən yaxşı" antibiotik olan kolistindən istifadə ediblər. Lakin onların da təsiri effektsiz olub".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.