Dünya

1 yaşlı uşaq rekordlar kitabına düşdü

25 Avqust 2024 07:48
Baxış: 1 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bəzən tanınmaq üçün müəyyən bir yaş tələb olunur. Ancaq istisnalar da olur. Dünyanın ən gənc rəssamı adını almış oğlan kimi. Söhbət əslən Qanadan olan, rəsmi olaraq planetin ən gənc rəssamı kimi tanınan 1 yaşlı uşaqdan gedir.

Milli.Az lent.az-a istinadən bildirir ki, qanalı 1 yaşlı Ace-Liam Nana Sam Ankrah dünyanın ən gənc rəssamı hesab olunur.

Onun adı "Ginnesin Rekordlar Kitabı"na düşüb.

Anası Şantel Eqan gələcək rekordçunun altı aylıq olanda rəsm çəkməyə başladığını söyləyib.

11 aylıq olanda uşağın istedadı olduğuna dair anasında ilk şübhələr yaranıb. 2023-cü ildə anası da daxil olmaqla həmyerlilərinin əsərləri ilə yanaşı onun əsərləri də sərgidə nümayiş etdirilib. Dünya rekordunu qeydə almaq üçün təşkilatçılar bir şərtin yerinə yetirilməsini - ən azı bir rəsm əsərinin satılmasını tələb ediblər.

Bu günə kimi onlardan 11-i artıq satılıb.

Amma rekordu qeydə alındıqdan sonra uşaq yeni heç nə çəkməyib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.