Dünya

Parisdə Yeni zelandiyalı diplomatı qarət etdilər

16 Avqust 2024 15:15
Baxış: 581
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni zelandiyalı diplomat Parisdəki evində iki silahlı şəxs tərəfindən qarət edilib.

Milli.Az report-a istinadən xəbər verir ki,  bu barədə "Parisien" qəzeti məlumat yayıb.

"Bizdə olan məlumata görə, cümə axşamı 34 yaşlı Yeni zelandiyalı diplomat Parisdəki evində zorakılıqla müşayiət olunan qarətin qurbanı olub. İki silahlı şəxs Yeni Zelandiya səfirliyində işləyən şəxsin Rapp prospektindəki evinə girərək şəxsi əşyalarını oğurlayıb. Dəymiş ziyan hələ hesablanmayıb. Hadisə zamanı tapançanın qundağı ilə diplomatın üzünə zərbə də endirilib", - qəzet yazıb.

Onun ciddi xəsarət almadığı bildirilib. Nəşr qeyd edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlsələr də, şübhəli şəxslər saxta dövlət nömrə nişanlı avtomobillə qaçmağı bacarıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.