Xəbər verdiyimiz ki, Fransada hərbi təyyarələr havada toqquşub.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkə hesabında paylaşım edib.
Makron "Rafale" qırıcı təyyarələrinin toqquşması nəticəsində iki pilotun öldüyünü təsdiqləyib:
"Kapitan Sebastien Mabir və leytenant Matis Loransın "Rafale" təyyarələrində təlim uçuşu zamanı baş verən qəza nəticəsində ölümü xəbərini dərin kədərlə öyrəndik", - paylaşımda qeyd edib.
Xatırladaq ki, ölkənin müdafiə naziri Sebastian Lekornu toqquşan iki hərbi təyyarədə pilotlardan biri özünü havadan atdığını açıqlamışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun