Makron itkilərini təsdiqlədi - FOTO

15 Avqust 2024 09:26

Xəbər verdiyimiz ki, Fransada hərbi təyyarələr havada toqquşub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ilə bağlı Fransa Prezidenti Emmanuel Makron "X" sosial şəbəkə hesabında paylaşım edib.

Makron "Rafale" qırıcı təyyarələrinin toqquşması nəticəsində iki pilotun öldüyünü təsdiqləyib:

"Kapitan Sebastien Mabir və leytenant Matis Loransın "Rafale" təyyarələrində təlim uçuşu zamanı baş verən qəza nəticəsində ölümü xəbərini dərin kədərlə öyrəndik", - paylaşımda qeyd edib.

Xatırladaq ki, ölkənin müdafiə naziri Sebastian Lekornu toqquşan iki hərbi təyyarədə pilotlardan biri özünü havadan atdığını açıqlamışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun